Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:39 03.11.2025

Bu gün Zəfər Günü münasibətilə möhtəşəm tədbir baş tutub. Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri eləcə də BDU-dan könüllülər iştirak ediblər. Tədbiri AzTV kanalı lentə alıb.

 

Proqram çərçivəsində Vətən müharibəsinə həsr olunan səhnəciklər nümayiş olunub, müxtəlif rəqs nömrələri təqdim edilib. Tədbirə tanınan sənətçilər-Tünzalə Ağayeva, Mirələm Mirələmov, Gülyanaq və Gülyaz Məmmədovalar, Çinarə Məlikzadə qatılıblar.

 

Tədbir boyu tüstü effektləri və işıq şouları tədbirə xüsusi ab-hava qatıb. İştirakçılar Zəfər Gününün əhəmiyyətindən danışaraq, şəhidlərin əziz xatirəsini dərin hörmətlə anıblar.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı və uzun ömür nəsib etsin.

 

Ədilə Hüseynzadə