Mingəçevirdə iki avtomobil toqquşub-Xəsarət alanlar var

Bölmə: Hadisə › ,
Tarix: 12:47 04.11.2025

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

“İnformator.az” ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21015” və “VAZ-21099” markalı avtomobillər toqquşublar.

 

Hadisə nəticəsində “VAZ-21015”-in sürücüsü, 31 yaşlı Xaləddin Ələsgərov və iki sərnişini xəsarətlərlə xəstəxanaya müraciət ediblər.

 

Faktla bağlı araşdırma aparılır.