İngiltərəli baş məşqçi Premyer Liqa klubuna qayıtmaqdan imtina edib
Bölmə: İdman ›
,
Tarix: 13:14 04.11.2025
İngiltərəli mütəxəssis Hari Onil “Vulverhempton” komandasının təklifini rədd edib.
“İnformator.az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
42 yaşlı baş məşqçi klubla danışıqlar aparsa da, geri qayıtmaq istəməyib.
Qeyd edək ki, “Vulverhempton” noyabrın 2-də portuqaliyalı Vitor Pereyranı istefaya göndərib. Hari Onil 2023-cü ilin avqustundan 2024-cü ilin dekabrına qədər Premyer Liqa təmsilçisinin baş məşqçisi olub.


