BDU-da “Müharibə reportajlarında obyektivlik və qərəzsizlik” mövzusunda açıq dərs keçirilib
Bölmə: MEDİA ›
,
Tarix: 16:06 04.11.2025
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Beynəlxalq Humanitar Hüquq və Jurnalistika” fənnindən “Müharibə reportajlarında obyektivlik və qərəzsizlik” mövzusunda açıq dərs təşkil olunub.
Dərsi fənnin müəllimi Billurə Aslanova mövzuya giriş nitqi ilə açaraq, jurnalistikanın müharibə şəraitində üzərinə düşən etik və peşəkar məsuliyyətlərdən danışıb.
Tədris prosesində “Beynəlxalq Jurnalistika” kafedrasının müdiri dosent Aynur Nəsirova və müəllim Aytəkin Zeynalova da iştirak ediblər. Onlar çıxışlarında müharibə dövründə jurnalistlərin davranış qaydaları, informasiya təhlükəsizliyi, eləcə də jurnalistlərin hüquqlarının qorunması məsələlərinə toxunublar.
Dərs zamanı obyektivlik və qərəzsizlik prinsiplərinin tətbiqi, məlumatların dəqiqliyinin yoxlanılması və tərəflər arasında balansın qorunması kimi mühüm mövzular geniş müzakirə olunub.
Mövzu tələbələrin fəal iştirakı ilə qarşılıqlı müzakirə şəklində davam edib. Sonda tələbələrin sualları cavablandırılıb, real təcrübədən nümunələr əsasında mövzuya yekun vurulub.


