"Bakı Fond Birjası"nın dövriyyəsi 9 %-ə yaxın artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:07 04.11.2025

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 54 milyard 620,573 milyon manat təşkil edib.

 

"İnformator.az" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.

 

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 61,6 % artaraq 25 039 olub. BFB-nin dövriyyəsinin 79,9 %-i, yaxud 43 milyard 655,423 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 1,9 % çoxdur.