BDU-da Radionun 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 16:11 04.11.2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Radionun 100 illiyinə həsr olunan elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Seminarı fakültənin professoru, Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimi Sevil Həsənova aparıb. O, radionun Azərbaycan mediasında inkişaf yolundan, informasiya mühitində və cəmiyyətin maariflənməsində oynadığı roldan danışıb. S.Həsənova qeyd edib ki, radio təkcə xəbər ötürən vasitə deyil, həm də milli dəyərlərin qorunub yaşadılmasında mühüm missiya daşıyır.

Tədbirdə həmçinin görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illik yubileyi xatırlanıb. Şairin yaradıcılığına həsr olunmuş radio çıxışlarından və poeziyasından nümunələr səsləndirilib.

Seminar çərçivəsində tələbələrin hazırladığı radio süjetləri və şeirlər təqdim olunub. 

Seminar iştirakçıları qeyd ediblər ki, bu cür görüşlər tələbələrin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasında mühüm rol oynayır. Tədbir interaktiv müzakirələrlə və maraqlı fikir mübadiləsi ilə yadda qalıb.

 

Çinarə Muradova