İran xarici işlər naziri ABŞ Prezidentinə müraciət edib

Bölmə: Siyasət › ,
Tarix: 17:34 04.11.2025

“ABŞ ilə bundan əvvəlki danışıqları İran pozmayıb və nüvə məsələsinin diplomatik yolla həllini əngəlləməyib”,-deyə İran Xarici İşlər naziri bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Qətər İranla ABŞ arasında danışıqların bərpası üçün çox böyük səy göstərir və belə görünür ki, müəyyən uğurlara nail olub:

 

“İran Xarici İşlər nazirliyinin rəsmisi Fatimə Mohacerani vasitəçilər vasitəsilə danışıqların bərpası ilə bağlı mesajlar aldıqlarını təsdiqləyib. İran Xarici İşlər naziri Abbas Ərqaçinin danışıqları pozan tərəfin İran olmadığını açıqlaması da Qətərin vasitəçiliyi yaranmış unikal şəaritdən faydalanmağa yardım edə bilər. Ancaq İran yenə əvvəlki kimi danışqıları uzatmaqla vaxt qazanmağa çalışacaqsa, bu çox ağır nəticələrə səbəb olacaq. Nüvə məsələsinin diplomatik yolla həlli üçün İran özünün nüvə və raket proqramından imtina etməlidir. Bunu etmədiyi tərzdə danışıqlar nəticə verə bilməz. Qənaətimcə, Qətərin çox böyük fədakarlıqlar hesabına nail olduğu danışıqların bərpası imkanı Tehran vasitəsi ilə doğru dəyərləndirilməsə İrana qarşı hərbi əməliyyatlar qaçılmaz olacaq. İranda anlamalıdırlar ki, onları ABŞ-nin hərbi müdaxiləsindən qoruyacaq güc mövcud deyil. İran hətta nüvə silahına sahib olsa belə bu ABŞ-nin hərbi müdaxiləsini dayandıracaq faktor olmayacaq. Əksinə, bu İrana qarşı daha sərt hərbi əməliyyatlara səbəb olmalıdır. Ona görə İran keçmiş Prezident dediyi kimi gerçəkləşməyəcək xəyalların arxasıyca düşməməlidir. Belə xəyalpərəstliyin sonu faciədir. Tehrandakı mollalar ya Pprezident Məsud Pezeşkiana proqramını, o cümlədən Azərbaycanlıların ana dillərində təhsil almaq hüquqnun gerçəkləşdirməsinə imkan verəcəklər, ya da ABŞ-İsrail cütlüyün bombaları altında məhv olub gedəcəklər”.


Aytac İbrahimova