“ABŞ və Nigeriya arasında hazırki vəziyyət gərgindir”-ŞƏRH
Bölmə: Siyasət ›
,
Tarix: 18:39 04.11.2025
Nigeriya və ABŞ prezidentləri Bola Tinubu və Donald Tramp gələn həftə görüşərək xristianları terror hücumlarından qorumaq məsələsini müzakirə edəcəklər.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, sözü gedən görüşün baş tutması müsbət nəticələr verə bilər:
"Eyni zamanda Donald Trampın ABŞ daxilindəki siyasi imicinə, habelə beynəlxalq nüfuzuna müsbət təsir edə bilər. ABŞ və Nigeriya arasında hazırki durum gərgindir. Hərbi müdaxilə hər an baş tuta bilər. Sadəcə ABŞ-nin Nigeriyaya qoşun yeritməsi üçün xristian kartından istifadə edir. Əslində orada təkcə xristianlara qarşı qırğın həyata keçirilmir, ümumiyyətlə hər kəsin həyatı üçün təhlükə mövcuddur. Ola bilsin mövcud durumun baş verməsi və gərginliyin artmasında maraqlı güclərin rolu var. ABŞ-nin qoşun yetirməsinə bəhanə üçün bu qırğının baş verməsi zəruri idi. ABŞ-nin danışıqlar görüntüsü yaratması Donald Trampın öz sülhpərvər obrazını göstərmək üçün vasitədir. Məqsəd isə savaş olmadan maraqların təmin olunmasıdır. Əgər danışıqlar effektiv olmasa ABŞ-nin qoşun yeritməsi qaçılmaz olacaq".
Günel Əlili


