Trampdan təhdid!
Bölmə: Dünya ›
,
Tarix: 21:13 04.11.2025
ABŞ Prezidenti Donald Tramp, Nyu-York bələdiyyə seçkilərində sol baxışlı müsəlman namizəd Zohran Məmdaninin rəqibinə dəstək çağırışı edib. Tramp, əgər Məmdani seçilərsə, vəsaitləri dayandırmaqla hədələyib.
Daha əvvəl Məmdaniyə “kommunist ruhi xəstə” deyən Tramp belə bildirib:
“Əgər kommunist namizəd Məmdani Nyu-York meri seçkilərini qazanarsa, zəruri olan minimum məbləğ istisna olmaqla, federal vəsait ayrılması ehtimalı çox aşağıdır. Çünki kommunist idarə altında bir zamanlar möhtəşəm olan bu şəhərin uğur qazanmaq, hətta yaşamaq şansı sıfırdır! Kommunist idarə ilə vəziyyət daha da pisləşə bilər".
Nyu-York meri seçkiləri üçün keçirilən son sorğuların çoxu göstərir ki, Məmdani ən yaxın rəqibi – Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kuomodan iki rəqəm fərqlə irəlidədir.
Nyu-Yorkun ilk müsəlman meri namizədi olan Məmdani, Demokrat Partiyanın ilkin seçkilərini qazanaraq manşetlərə çıxıb.
Fələstinə dəstək verməsi və İsrailin Qəzzadakı insan hüquqları pozuntularını tənqid etməsi ilə tanınan Məmdani, seçkiləri qazanacağı halda Nyu-Yorkun ilk müsəlman və Cənubi Asiyalı meri olacaq.
Nyu-Yorkda erkən səsvermə prosesi dünən başa çatıb. Səsvermə 4 noyabrda yekunlaşacaq. Seçki məntəqələri sabah səhər saat 6-dan axşam 9-a qədər açıq olacaq.
Haberler.com
Aygün Babayeva


