Pedri və Lamine Yamal 2025-ci ilin ən yaxşı onbirliyində yer alıb
Bölmə: İdman ›
,
Tarix: 21:28 04.11.2025
FIFPRO təşkilatının illik mükafatı əsasında 2024/25 mövsümünün ən yaxşı futbolçuları arasında yer alan Pedri və Lamine Yamal 2025-ci ilin ən yaxşı kişi futbolçulardan ibarət onbirliyinə daxil ediliblər.
Bu prestijli seçimi dünyanın müxtəlif yerlərindən 20,000-dən çox futbolçu səsvermə yolu ilə müəyyənləşdirib. Qiymətləndirmə dövrü 15 iyul 2024 – 3 avqust 2025 tarixlərini əhatə edib və seçilmək üçün minimum 30 oyunda iştirak şərti qoyulub. Hər iki oyunçu bu şərti asanlıqla yerinə yetirib. lPedri, ötən mövsüm ərzində 59 oyunda iştirak edib və yalnız bir görüşü buraxıb. Bu göstərici ilə o, "Barça"da ən çox meydana çıxan ikinci futbolçu olub. İspaniyalı yarımmüdafiəçi 6 qol vurub, 8 məhsuldar ötürmə edib və komandasının La Liqa, İspaniya Kuboku və İspaniya Superkuboku daxil olmaqla üçlük titulunu qazanmasında əsas fiqurlardan biri olub. O, baş məşqçi Hansi Flick üçün də əvəzsiz oyunçulardan sayılır.Lamine Yamal isə 55 görüşdə iştirak edərək 18 qol və 21 assist ilə çıxış edib. O, Avropanın beş əsas liqasında ən çox uğurlu driblinq edən oyunçu olub – cəmi 244 dəfə rəqibini keçib. Bu göstəricilər gənc yaşına baxmayaraq, onun hücumda nə qədər cəsarətli və effektiv olduğunu sübut edir.
Barcelona TV
Nazim Xeyrxəbərli


