Yalçın Adıgözəlov-Azərbaycan musiqisinin nəfəsi

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:37 04.11.2025

Bu gün Azərbaycanın tanınan dirijoru, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun doğum günüdür. O, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində sənətkar kimi öz peşəkarlığı, musiqiyə dərin sevgisi və səhnə enerjisi ilə tanınıb.

 

Yalçın Adıgözəlov uzun illərdir ki, dirijor pultu arxasında Azərbaycan musiqisinin sehrini tamaşaçılara çatdırır. Onun idarə etdiyi hər bir orkestr ifasında intizam, duyğu və milli musiqi ruhu hiss olunur. O, Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəylinin əsərlərini böyük məharətlə təqdim edərək, milli musiqimizi beynəlxalq səviyyədə təbliğ edib.

 

O, eyni zamanda istedadlı pedaqoq və musiqi mədəniyyətinin yorulmaz təbliğatçısıdır. Gənc musiqiçilərə sənətin məsuliyyətini və incəliyini öyrədən Yalçın Adıgözəlov, bu gün də səhnədə və auditoriyada eyni ehtirasla fəaliyyətini davam etdirir.

 

Doğum günü münasibətilə maestroya uzun ömür, yaradıcılıq uğurları və bitib-tükənməz musiqi ilhamı arzulayırıq. Onun dirijorluq çubuğu təkcə orkestri deyil, həm də minlərlə musiqisevərin qəlbini idarə edir.

 

Banuçiçək Məmmədova