Mayak Kərimov-səhnənin unudulmaz nəfəsi

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:46 04.11.2025

Bu gün Azərbaycan teatr və kino səhnəsinin istedadlı simalarından biri, sevilən aktyor Mayak Kərimovun anım günüdür. O, öz sənətinə vurğunluğu, səmimiyyəti və obrazlara verdiyi dərin hisslərlə tamaşaçıların qəlbində silinməz iz qoyub.

 

Mayak Kərimov həm teatr səhnəsində, həm də kinoda yaratdığı rollarla yadda qalıb. Onun ifasında canlandırdığı hər bir obraz həyat dolu, təbii və inandırıcı idi. O, səhnəyə çıxanda sanki öz həyatını orada yaşayır, tamaşaçını da bu duyğuların içərisinə çəkib.

 

Aktyorun sənətə baxışı, işinə məsuliyyəti və sadə insani münasibətləri onu həm həmkarlarının, həm də tamaşaçıların sevimlisinə çevirib. Mayak Kərimov üçün səhnə yalnız bir peşə yeri deyil, həm də sevgi, fədakarlıq və həyat idi.

 

Bu gün onu sevgi və ehtiramla yad edirik. Mayak Kərimovun səsi, baxışı və obrazları Azərbaycan teatr və kino tarixində daim yaşayacaq, gələcək nəsillərə sənət eşqinin, səmimiyyətin və istedadın nümunəsi olacaq. Ruhu şad olsun!

 

Banuçiçək Məmmədova