Mədəniyyət qlobal şəhərlərin inkişafında əsas qüvvəyə çevrilir

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:24 04.11.2025

“World Cities Culture Forum”un 5-ci hesabatına əsasən dünyanın müxtəlif şəhərləri sosial və iqtisadi inkişafda mədəniyyətin rolunu gücləndirir. Hesabatda qeyd olunur ki, mədəniyyət artıq təkcə yaradıcılıq sahəsi kimi deyil, həm də şəhər yeniliyinin ,dayanıqlılığın və iqtisadi canlanmanın mühüm dayağı kimi qəbul edilir.

 

Məlumata görə şəhərlərin 94 faizi yaradıcılıq məkanlarını qorumağa və sənət adamlarını dəstəkləməyə yönələn siyasət həyata keçirir. 88 % şəhər mədəniyyət və iqlim sahəsində əməkdaşlıq layihələri qurur, 97% isə gecə iqtisadiyyatının inkişafını prioritet istiqamət sayır. Bununla yanaşı, 78% şəhərdə incəsənət və yaradıcılıq təhsili məktəb proqramlarına daxil edilib.

 

Mütəxəssislərin fikrincə, bu tendensiya mədəniyyətin artıq şəhər həyatının bütün sahələrinə nüfuz etdiyini göstərir və gələcəkdə şəhərlərin iqtisadi modelinin əsas dayaqlarından birinə çevrilə bilər.

 

World Cities Form

Ədilə Hüseynzadə