Vətən müharibəsi qəhrəmanı-Cəfər Osmanın əziz xatirəsinə
Bölmə: Sosial ›
,
Tarix: 23:25 04.11.2025
17 iyun 1998-ci ildə İmişli rayonunun Otuziki kəndində anadan olub. Orta təhsilini İmişli şəhərində yerləşən 5 saylı tam orta məktəbdə alıb, daha sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirib. Gənc yaşından məsuliyyətli, vətənpərvər və prinsipial xarakteri ilə seçilən Cəfər Osman dostları və müəllimləri tərəfindən hörmətlə yad olunub.
2020-ci ildə Vətən müharibəsi başladıqda o, tərəddüd etmədən torpaqlarımızın müdafiəsinə yollanıb. Şücaəti və əzmi ilə döyüş yoldaşları arasında nümunə göstərilən Cəfər Osman 4 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz doğulduğu İmişli rayonunun Otuziki kənd qəbiristanlığında dəfn edilib. O, subay idi.
15.12.2020-ci ildə Osman Cəfər ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
24.12.2020-ci ildə Osman Cəfər ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Osman Cəfər ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Osman Cəfər ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub. 30.12.2020-ci ildə Osman Cəfər ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova


