Şəhid Bayramov Fərruxun əziz xatirəsinə
Bölmə: Sosial ›
,
Tarix: 23:29 04.11.2025
Bayramov Fərrux Bayram oğlu 24 yanvar 1990-cı ildə Saatlının Məmmədabad kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu kənddə, Məmmədabad kənd tam orta məktəbində alıb. Uşaqlıq illərindən vətənə bağlılığı, çalışqanlığı ilə seçilən Fərrux məktəb illərindən cəmiyyətə faydalı, mərd bir insan kimi tanınıb.
Fərrux Bayramov ailəli idi. O, iki övlad atası idi və həm ailəsinə olan sevgisi, həm də xalqına qarşı məsuliyyət hissi ilə hər zaman nümunə göstərilirib. Ürəyi Vətən eşqi ilə döyünən Fərrux torpaqlarımızın azadlığı uğrunda Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
O, 4 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun igidliyi, fədakarlığı və Vətən sevgisi xalqımızın yaddaşında daim yaşayacaqdır. Şəhidimiz doğma kəndində, Saatlı rayonunun Məmmədabad kənd qəbiristanlığında dəfn olunub.
15.12.2020-ci ildə Fərrux Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Fərrux Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Fərrux Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Fərrux Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Fərrux Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.
Gövhər Mehyəddinova


