Vətən müharibəsi qəhrəmanı-Cəfərov Əlinin əziz xatirəsinə

Bölmə: Sosial › ,
Tarix: 23:34 04.11.2025

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi torpaqlarımızın azadlığı uğrunda canından keçən minlərlə qəhrəmanın adını yaşadıb. Bu müqəddəs şəhidlik zirvəsinə ucalan igidlərdən biri də Əli Cəfərov Bəyulladır.

 

29 avqust 1993-cü ildə Astara rayonunun gözəl Maşxan kəndində dünyaya gələn Əli Cəfərov sadə, zəhmətsevər və təvazökar ailədə böyüyüb. O, orta təhsilini Nizami Əliyev adına Maşxan orta məktəbində alıb. Təhsilini başa vurduqdan sonra Əli Cəfərov əmək fəaliyyətinə başlayaraq Abşerontaxıl MMC-də çalışıb.

 

2020-ci ilin payızı Azərbaycanın taleyinin həll olunduğu günlər idi. Vətən çağıranda Əli düşünmədən silaha sarılıb. O, cəbhə bölgəsinə yollanaraq Ağdərə istiqamətində şərəfli döyüş yoluna başlayıb.

 

3 noyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Əli Cəfərov qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Şəhidimiz doğulduğu Maşxan kənd qəbiristanlığında böyük ehtiramla torpağa tapşırılıb.

 

15.12.2020-ci ildə Əli Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 29.12.2020-ci ildə Əli Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Əli Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

 

Gövhər Mehyəddinova