Təhsil və yaradıcılıq: Gənclərin potensialını necə inkişaf etdiririk?

Bölmə: Sosial › ,
Tarix: 23:49 04.11.2025

Müasir dünyada təhsil təkcə bilik toplamaq deyil, həm də yaradıcılıq bacarıqlarını inkişaf etdirmək üçün bir platformadır. Lakin gənclər üçün yaradıcı imkanların həddi nə qədər genişdir? Məktəb və universitetlər gənclərin fikir sərbəstliyini və yaradıcı təfəkkürünü inkişaf etdirə bilirmi? Bu gün Azərbaycanda təhsil sistemi və yaradıcılıq arasında əlaqəni dəyərləndirmək, həm müəllimlərin, həm tələbələrin, həm də ekspertlərin fikirlərini öyrənmək vacibdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli bildirib ki, həm universitetlərdə, həm də ümumi təsil məktəblərində yaradıcılıq imkanlarının əlavə layihələrdə işlənməsi, müxtəlif dərnəklərin təşkil edilməsi tələbələri və şagirdləri eyni zamanda gələcəkdə həyata hazırladığını düşünürəm:

 

“Bunu çox önəmli hesab edirəm. Burada kifayət qədər ciddi məsələlər var. Mən düşünürəm ki, elm və təhsil nazirliyi bu məsələnin üzərində çalışsa ki, qiymətləndirilmə müxtəlif üsullarla keçirilsin, qaydalar hazılansın kimi məsələlərdə aktiv olmalıdırlar. Bir çox universitetlər bu barədə kifayət qədər müəyyən dərinlikləri var. Tələbə təşkilatları fəaliyyət göstərir. Amma orta məktəblərdə bununla bağlı vəziyyət xoşagələn deyil. Düşünürəm ki, imkanlar çoxdur. Təkcə oxumaq deyil, sosiallaşmaqla qrup işi etsələr uğura imza ata bilərlər”.

 

Banuçiçək Məmmədova