Qidadan zəhərlənən qadın ölüb

Bölmə: Hadisə › ,
Tarix: 12:41 05.11.2025

Bakıda qidadan zəhərlənən qadın xəstəxanada vəfat edib.

 

“İnformator.az” xəbər verir ki, noyabrın 4-ü saat 04 radələrində Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.

 

Xəstəxanaya yerləşdirilmiş Q.Cabbarova orada ölüb.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.