Bellinqem bunu bacaran ən gənc futbolçu olub

Bölmə: İdman › ,
Tarix: 13:35 05.11.2025

“Real”ın futbolçusu Cud Bellinqem Çempionlar Liqasında yeni uğura imza atıb.

 

“İnformator.az” xəbər verir ki, o, buna ötən gecə Liqa mərhələsinin 4-cü turunda “Liverpul”la matçda iştirak etməklə nail olub.

 

Belə ki, Bellinqemin ÇL-də çıxdığı görüşlərin sayı 50-yə yüksəlib. Bununla da, 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu adını qazanıb.

 

Qeyd edək ki, ingiltərəli oyunçu 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.