“CBC Sport” Şenerlə anlaşıb:oyunu o da şərh edəcək

Bölmə: İdman › ,
Tarix: 14:55 05.11.2025

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ”- “Çelsi” matçını “CBC Sport”da türkiyəli məşhur şərhçi Ertem Şenerlə şərh edəcək.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, artıq şərhçi ilə danışıqlar uğurla başa çatıb.

 

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də start götürəcək. Matçın digər şərhçisi isə Pərviz Musayev olacaq.