“Azərlotereya” 3 beynəlxalq standart üzrə sertifikat alıb

Bölmə: Maraqlı › ,
Tarix: 15:02 05.11.2025

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərməyə davam edir. Bu məqsədlə 2025-ci ilin oktyabr ayında sertifikasiya auditi keçirilib və üç beynəlxalq standart üzrə uyğunluq təsdiq edilib.