Şoyqu Cənubi Qafqazdan danışıb
Bölmə: Siyasət ›
,
Tarix: 15:25 05.11.2025
Cənubi Qafqazda “3+3” formatında işlərin bərpası vacibdir.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Regional məsləhət qrupunun, "3+3" platformasının işini bərpa etmək vacibdir. Üçtərəfli işçi qrupu çərçivəsində razılaşma əldə edilmiş regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir”, - o bildirib.
Şoyqu qeyd edib ki, ümumilikdə Cənubi Qafqazda vəziyyət yaxşılaşmaya doğru gedir.


