Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub
Bölmə: Sosial ›
,
Tarix: 16:35 05.11.2025
Azərbaycan Dəmir Yolları QSC (ADY) Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunmasını nəzərə alaraq, Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətə əlavə reyslər təyin edib.
"İnformator.az" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata əsasən, qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək.


