Zohran Mamdani Nyu-Yorkun ilk Müsəlman Bələdiyyə Başçısı olub
Bölmə: Dünya ›
,
Tarix: 17:13 05.11.2025
Nyu-Yorkun Demokrat Bələdiyyə Başçı namizədi Zohran Mamdani, qeyri-rəsmi ilk nəticələrə görə səslərin 50,4 faizini alaraq Nyu-Yorkun ilk Müsəlman Bələdiyyə Başçısı olub.
Yerli saatla 21:00-da başa çatan səsvermə prosesindən sonra açılan sandıqlardakı səslərin 89 faizi sayılıb.
ABŞ-nin Nyu-York ştatında yerləşən Associated Press-in (AP) açıqladığı qeyri-rəsmi ilk nəticələrə görə, Mamdani açılan sandıqlardakı səslərin 50,4 faizini alaraq, ən yaxın rəqibi müstəqil namizəd Endryu Kuomonu təxminən 9 faiz fərqlə qabaqlayıb.
Kuomonun aldığı səslər 41,6 faiz, Respublikaçı Partiyanın namizədi Körtis Sliwa isə 7,2 faiz olub.
Ümumi istifadə olunan səslərdə Mamdani 1 milyon 16 min 968, Kuomo 840 min 191, Sliwa isə 144 min 397 səs alıb.
34 yaşlı Mamdani “Nyu-York Şəhərinin ilk Müsəlman Bələdiyyə Başçısı” titulunu alaraq tarixə keçib.
Nyu-Cersi ştatında keçirilən qubernator seçkilərində də Demokrat Partiyanın namizədi Miki Şerrill səslərin 56 faizini alaraq yarışı birinci bitirib, ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Respublikaçı rəqibi Cek Çiattarelli isə 43,4 faizdə qalıb.
Virciniya ştatında keçirilən qubernator seçkilərində isə Demokrat Partiyanın namizədi Ebigeyl Spanberger səslərin 56,9 faizini alaraq yarışı öndə tamamlayıb, Respublikaçı Partiyanın namizədi Vinsom Erl-Sears isə 42,9 faizlə ikinci olub.
TRT XƏBƏR
Eslanda Kulieva


