Atlantikada 1,7 ton kokain daşıyan sualtı qayıq ələ keçirilib

Bölmə: Dünya › ,
Tarix: 17:22 05.11.2025

 

Portuqaliya hakimiyyəti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan “narko-sualtı qayıq” ələ keçirib. Yarı batmış qayıq Pireney yarımadasına doğru hərəkət edərkən Portuqaliya donanması və ədliyyə polisinin birgə əməliyyatı nəticəsində dayandırılıb.

 

Polis qayıqda Cənubi Amerikadan olan dörd ekipaj üzvünün tutulduğunu açıqlayıb. Şübhəlilərdən ikisi Ekvador, biri Venesuela və biri Kolumbiyalıdır. Onların hamısı Azor adalarında məhkəmə tərəfindən həbs edilib.


TRT XƏBƏR
Arzu Poladova