Trampın Nyu-York meri seçkilərində Endryu Kuomonu dəstəkləməsi
Bölmə: ,
Tarix: 19:46 05.11.2025
Donald Tramp növbəti Nyu-York meri seçkiləri ərəfəsində gözlənilməz addım ataraq, Demokratlar Partiyasının tanınmış siması, ştatın sabiq qubernatoru Endryu Kuomonu açıq şəkildə dəstəklədiyini bəyan edib.
Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov “İnformator.az”a bildirib ki, Donald Trampın Nyu-York şəhər meri seçkilərində Respublikaçı namizəd üzərində müstəqil namizəd Endryu Kuomoya dəstək verməsi, ilk növbədə, açıq siyasi məqsədlə izah olunmalıdır:
“Tramp demokrat namizədi Zöhran Mamdanini özünün apardığı sitasətin əleyhinə olduğunu düşünür. Həqiqətən də Mamdaninin seçki kompaniyası zamanı verdiyi vədlər onun Trampın tamamilə əksi olmasını sübut etmək üçün kifayətdir. Tramp Mamdaninin qələbəsinin qarşısını almaq, onu "kommunist" və ya "demokratik sosialist" kimi təqdim edir. Amma Trampın əsas məqsədi tamamilə uzaq gedən dövrü əhatə edir. Mamdani Nyu-Yorkun meri postuna sahib olarsa onun böyük siyasətə yolu açılmış olur. Bu da Trampın növbəti prezident seçkilərindəki namizədi üçün ciddi problemlər yarada bilər. Əlbəttə ki, Zöhran mamdaninin bu tezliklə ABŞ prezidenti olmaq imkanları çox zəif hesab olunsa da. Onun rəyi müəyyən ağırlıq daşıya bilər. Trampın Nyu-York şəhərinə federal vəsaitləri kəsməklə hədələməsinə gəlincə, düşünürəm ki, bu da Mamdaniniin seçilməsinə mane olmaq məqsədi güdür. Mamdani seçilərsə, düşünürəm ki, Tramp ona qarşı bir qədər mülayim mövqe tutacaq. Çünki, Mamdaninin bu üsullarla cəzalandırılması Trampa və respublikaçılara qarşı əhval-ruhiyyənin dəyişməsinə gətirib çıxara bilər ki, bu da Tramp və onun komandası üçün arzuedilən deyil”.
Fatimə Hüseynli


