Bosniya və Herseqovinada baş verən yanğında 11 nəfər ölüb, 38 nəfər yaralanıb
Bölmə: Hadisə ›
,
Tarix: 19:50 05.11.2025
Bosniya və Herseqovinanın Tuzla şəhərində qocalar evində baş verən yanğında 11 nəfər həyatını itirib, 38 nəfər isə yaralanıb.
Yerli mətbuatın məlumatına görə, axşam saatlarında Tuzlada qocalar evində yanğın baş verib.
Yanğının söndürülməsinə Tuzladan olan yanğınsöndürənlərlə yanaşı, Srebrenik, Jivinitse, Lukavaç və Kalesija şəhərlərinin qrupları da dəstək verib.
Tuzla Kantonunun baş prokuroru Vedran Alidzanoviç jurnalistlərə bildirib ki, yanğın zamanı 11 nəfər ölüb, 38 nəfər isə xəstəxanada müalicə olunur.
TRT XƏBƏR
Arzu Poladova


