Tramp yenə də Tomahawk cruise missiles-ları Ukraynaya verməyəcəyini bəyan edib

Bölmə: Siyasət › ,
Tarix: 19:57 05.11.2025

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirilib ki, hazırda Ukraynaya Tomahawk raketlərinin verilməsini düşünmür.  

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a bildirib ki, ABŞ administrasiyasının bu qərarı yaxın perspektivdə dəyişməyəcək və Ukraynadakı müharibənin gedişatına ciddi təsir göstərməyəcək:

 

“Bu qərarın dəyişməsi ehtimalı çox aşağıdır. ABŞ administrasiyası, xüsusilə də Tramp, Ukraynaya ‘Tomahawk’ raketlərinin verilməsini təhlükəli hesab edir. Onun əsas məqsədi Rusiya ilə sülh sazişinin imzalanmasına nail olmaqdır. Bu baxımdan, Vaşinqtonun mövqeyi daha çox diplomatik sabitliyin qorunmasına yönəlib. Bu addım NATO daxilində də fikir ayrılığı yarada bilər. Bəzi müttəfiq dövlətlər Ukraynaya hərbi dəstəyin artırılmasını müdafiə etsə də, digərləri münaqişənin uzanmasının qarşısını almaq üçün yardımın məhdudlaşdırılmasını istəyir.
Trampın və bəzi NATO üzvlərinin mövqeləri fərqlidir. Hazırda bir sıra Avropa dövlətləri Ukraynaya yardımların azaldılmasını və yeni ‘Ukrayna bloku’nun formalaşdırılmasını təklif edirlər. Bu isə Rusiyanın hərbi-siyasi mövqeyini gücləndirə bilər. Trampun son açıqlamaları Rusiyaya dolayısı ilə vaxt və manevr imkanları qazandırır. Prezidentin son müsahibəsində Rusiyaya kifayət qədər vaxt tanıdığını və Ukraynanın ‘aqressiv hərəkətlərini’ dayandırmaq istədiyini deməsi göstərir ki, Vaşinqton bu mərhələdə münaqişənin hərbi yolla deyil, siyasi vasitələrlə həllini üstün tutur. Bu da Ukraynaya ‘Tomahawk’ raketlərinin verilməsi ehtimalını minimuma endirir”.

 

Fatimə Hüseynli