Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunlar üçün heyəti açıqlanıb

Bölmə: İdman › ,
Tarix: 12:29 09.11.2025

Azərbaycan milli komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

 

AFFA-dan “İnformator.az”a verilən məlumata görə, yığmanın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa millilərinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

 

Yığma noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.