Şara artıq Vaşinqtondadır, Trampla görüşəcək

Bölmə: Dünya › ,
Tarix: 12:57 09.11.2025

Suriya Prezidenti Əhməd əş-Şaraa rəsmi səfərlə Vaşinqtona gedib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

 

Məlumata görə, Şara noyabrın 10-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

 

Qeyd edək ki, səfərdən öncə Vaşinqton Şara və Suriyanın daxili işlər naziri Ənəs Həsən Xəttaba sanksiyaları ləğv edib.