Azərbaycanın stolüstü tennisçiləri növbəti mərhələyə yüksəliblər

Bölmə: İdman › ,
Tarix: 13:05 09.11.2025

Qadınlardan ibarət Azərbaycanın stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Pakistana qalib gəlib.

 

“İnformator.az” xəbər verir ki, yığma C qrupundakı sonuncu matçında 8:3 hesablı qələbəyə sevinib.

 

Milli komanda bu nəticə ilə qrupu qalib başa vurub və 1/4 finala adlayıb.