Azərbaycan millisinin oyununda 7 qol vurulub

Bölmə: İdman › ,
Tarix: 20:04 12.11.2025

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Çexiya komandası ilə qarşılaşıb.


"İnformator.az" xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən görüş çexlərin 6-1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.