ABŞ Qəzza yaxınlığında hərbi baza inşa edir?

Bölmə: Dünya › ,
Tarix: 23:45 12.11.2025

ABŞ hazırda Qəzza zolağı yaxınlığında hərbi baza tikməkdə maraqlı deyil.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlərə açıqlamasında deyib.

 

"ABŞ bununla maraqlanmır, bununla məşğul deyilik. Maliyyələşdirməyəcəyik", - deyə o bildirib.

 

Qeyd edək ki, bəzi mətbuat orqanlar ABŞ-nin İsrailin Qəzza ilə sərhədində 500 milyon dollarlıq böyük bir hərbi baza qurmağı planlaşdırması barədə informasiyalar yayıb.