Vaşinqtondakı sammit Bakı və İrəvan danışıqlarının kulminasiyası olub
Bölmə: Siyasət ›
,
Tarix: 12:44 18.11.2025
Bu ilin avqustunda keçirilən Vaşinqton sammiti Bakı və İrəvan arasında çoxillik danışıqların kulminasiyası olub.
“İnformator.az”ın məlumatına görə, bunu “New Lines Institute for Strategy & Policy”nin baş analitiki, təlim və analitik məhsullar üzrə proqramın rəhbəri Yucin Çausovski Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, vasitəçilərin diplomatik səylərinin səmərəsiz olmasından sonra Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar mümkün olub. Onun sözlərinə görə, bu, regionda təsir balansının dəyişməsini əks etdirir.


