Belarus və Litva nümayəndələri sərhəddəki vəziyyəti müzakirə ediblər

Bölmə: Dünya › ,
Tarix: 13:30 18.11.2025

Litvanın “Lavorişkes” buraxılış məntəqəsində Belarus və Litvanın sərhəd xidməti rəhbərlərinin müavinləri səviyyəsində işçi görüş keçirilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Belarus-Litva sərhəd sahəsində (Belarus tərəfindən - "Kotlovka") yaranan vəziyyəti, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizə yollarını və buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıqla mübarizəni müzakirə ediblər.