İstanbulda İŞİD əməliyyatı-14 nəfər saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 16:56 18.11.2025

İstanbulda İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən şəxslərə qarşı keçirilən əməliyyat nəticəsində haqqında həbs qərarı çıxarılan 19 nəfərdən 14-ü tutulub.

 

İstanbul Respublika Baş Prokurorluğunun məlumatına görə, əməliyyat İstanbul İl Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən, Terrorun Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətləri İstintaq Bürosunun koordinasiyası ilə həyata keçirilib.

 

İstintaq zamanı 19 şübhəlinin – onların 15-nin Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Bu şəxslərin təşkilat daxilində “əsas inkassatorlar” kimi tanınan İŞİD üzvləri ilə pul köçürmə əlaqəsində olduqları, terrorizmin maliyyələşdirilməsi çərçivəsində təşkilata vəsait təmin etdikləri bildirilib. Eyni vaxtda keçirilən tutma, saxlama, axtarış və götürmə tədbirləri nəticəsində 14 nəfər nəzarətə alınıb. Prokurorluq 5 qaçaq şübhəlinin axtarışının davam etdiyini açıqlayıb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu