“Endrü ifadədən gizlənir”-ABŞ
Bölmə: Dünya ›
,
Tarix: 18:57 18.11.2025
ABŞ Konqresinin Epstein işi üzrə nəzarət komitəsi keçmiş prins Endrü Mountbatten-Windsoru ifadə verməkdən yayınmaqda ittiham edir. Demokrat üzv Suhas Subramanyam bildirib ki, Endrü komitənin dindirilmə tələbinə cavab vermir və “gizlənir”.
Yeni yayılan 20 minə yaxın e-poçt Endrünün Epsteinlə əlaqələrinin əvvəl düşünüləndən daha uzun olduğunu göstərir. O, kral ailəsindəki titulunu da məhz bu əlaqələr və Virginia Giuffrenin iddiaları səbəbilə itirib.
Komitə Endrünü məcburi şəkildə ifadəyə çağıra bilmir, çünki o, xarici vətəndaşdır və Palatada Respublikaçılar çoxluqdadır. Buna baxmayaraq, komitə Endrü ilə bağlı sənədlərin artdığını və təzyiqin davam edəcəyini bildirir.
Eyni zamanda Nümayəndələr Palatası Epsteinlə bağlı hökumət sənədlərinin açıqlanmasını tələb edən qanun layihəsinə səs verməyə hazırlaşır. Tramp əvvəl etiraz etsə də, sonra layihəni dəstəkləyib. Sənədin Senatdan keçib-keçməyəcəyi hələ məlum deyil.
The Guardian
Eslanda Kulieva


