"Qarabağ"dan Elvin və Toralla bağlı açıqlama

Bölmə: İdman › ,
Tarix: 20:10 18.11.2025

Azərbaycan millisinin heyətindən çıxarılan "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Toral Bayramovun durumuna aydınlıq gəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

O bildirib ki, hər iki müdafiəçinin vəziyyəti normaldır və bu gündən etibarən tədricən məşqlərə qoşulublar.

 

Qeyd edək ki, Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində İslandiya (0:2) və Fransa (1:3) ilə oyunları yüksək hərarət səbəbindən buraxmalı olub.

 

Toral Bayramov isə İslandiyaya qarşı matça start heyətdə başlasa da, Fransa ilə oyundan öncə keçirilən məşqdə zədələnərək millinin düşərgəsini tərk edib.