Greene Trampı tənqid edib
Bölmə: Dünya ›
,
Tarix: 20:48 18.11.2025
Respublikaçı konqresmen Marjorie Taylor Greene keçmiş müttəfiqi Donald Trampı tənqid edib və Epsteinə aid bütün sənədlərin açıqlanması çağırışını təkrarlayıb.
Trampın “xəyanətkar” adlandırdığı Taylor Greene deyib ki, Epstein məsələsi “MAGA hərəkatını parçalayıb” (Trump-ın “Amerikanı Yenidən Mühteşəm Et” hərəkatı).
O, Nümayəndələr Palatasında Ədliyyə Nazirliyinin Jeffrey Epstein ilə bağlı bütün sənədləri açıqlayıb-açıqlamaması barədə keçiriləcək səsvermədən əvvəl danışıb.
Epsteinin sağ qalan qurbanları da mətbuat konfransında çıxış edib — Annie Farmer deyib ki, onlar illərdir “institusional xəyanət”lə üzləşiblər.
Donald Tramp, həftələrlə Demokratlar tərəfindən aparılan bir yayındırma olduğunu iddia etdikdən sonra, öz partiyasını sənədlərin açıqlanmasına səs verməyə çağırıb.
Bu, keçən həftə dərc olunan və bəzilərində Trampın adının da keçdiyi 20,000-dən çox sənədin daha bir hissəsinin açıqlanmasından sonra baş verir.
Tramp əvvəllər Epstein ilə əlaqələrini illər əvvəl kəsdiyini bildirib və həmişə Epsteinin seksual istismar və insan alveri işi ilə bağlı əlaqəsi olmasını inkar edib.
Mənbə: BBC news
Ayisə Şərifova


