Tarix Komissiyası İmralı səfəri ilə bağlı cümə günü səsvermə keçirəcək

Bölmə: Dünya › ,
Tarix: 23:13 18.11.2025

18 noyabr 2025 – Türkiyə Böyük Millət Məclisinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası bu cümə günü 18-ci dəfə toplanacaq. İclasın əsas gündəm mövzusu İmralıya mümkün səfər təklifi olacaq.

 

Mənbələr komissiya üzvləri arasında səfərlə bağlı razılaşmanın yüksək ehtimalla yekdilliklə qəbul ediləcəyini bildirir. Müsbət qərar verildiyi təqdirdə, səfərin təşkilinə dair proses Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Səfəri isə bütün komissiya deyil, əvvəlcədən təyin olunmuş xüsusi komitə həyata keçirəcək.

 

Bununla paralel olaraq, komissiyada hesabatın hazırlanmasına da start verilir. Komissiyada təmsil olunan bütün siyasi partiyalar ilkin olaraq öz mövqelərini təqdim edəcəklər. Hazırlanacaq sənəddə həm dinləmələr zamanı formalaşan gözləntilər, həm də partiyaların ortaq yanaşmaları “siyasət sənədi” kimi birləşdirilərək təqdim olunacaq.

 

TRT Haber

Aişə Mustafayeva