Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür
Bölmə: Mədəniyyət ›
,
Tarix: 12:38 22.11.2025
Noyabrın 22-si görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun doğum günüdür.
“İnformator.az” xatırladır ki, o, 1922-ci ildə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb.
Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alan Fikrət Əmirov 1939-cu ildə Bakı Konservatoriyasına daxil olub.
Konservatoriyada Fikrət məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.


