Sifarişlə 'meymun işgəncəsi' videolarını çəkən və satan sadist dəstə ortaya çıxdı

Bölmə: Sosial › ,
Tarix: 19:48 20.06.2023

BBC tərəfindən bir il davam edən araşdırma İndoneziyadan ABŞ-a qədər uzanan sadist qlobal meymun işgəncə qrupunu üzə çıxarıb.

 

İnformator.az TRT Haberə istinadən xəbər verir ki, İndoneziyada yerləşən və “sadist” adlandırılan dəstənin meymunlara işgəncə verdiyi və bu görüntüləri ABŞ, İngiltərə və dünyanın digər yerlərindəki alıcılara satdığı bildirilib. İlk olaraq Youtube-da görünən işgəncə dəstəsinin daha sonra Telegram-da özəl qruplarda fəaliyyətini davam etdirdiyi deyilib.

 

Sözügedən xəbərdə qeyd olunub ki, sadistlərin məqsədinin uzunquyruqlu makaka meymunlarının balalarının istismar edildiyi, işgəncələrə məruz qaldığı və bəzən öldürüldüyü sifarişli filmlər çəkmək olub.