Azərbaycanlı aktyor Qazaxıstanda qəzaya düşüb

Bölmə: Hadisə › ,
Tarix: 23:08 30.11.2025

Aktyor Ruslan Sabirli Qazaxıstanda qəzaya düşüb.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.

 

"Qazaxıstanda gecə maşın sürmək təhlükəlidir. Qarşıdan gələn avtomobil uzaq işıqlarını yandırıb deyə sürücümüz yola qəfil çıxan 2 atı görə və vaxtında reaksiya verə bilməyib. Şükür, salamatlıqdır", - aktyor yazıb.