Gürcüstanda silahlı atışma: ölən var

Bölmə: Hadisə › ,
Tarix: 23:20 30.11.2025

Gürcüstanın Kutaisi şəhərində silahlı atışma baş verib.

 

"İnformator.az" xəbər verir ki, naməlum şəxs insanlara atəş açaraq hadisə yerindən qaçıb.

 

Hadisə nəticəsində 3 nəfər yaralanıb, onlardan biri aldığı yaralardan ölüb.

 

Faktla bağlı araşdırma aparılır.