Ərzurumda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Bölmə: Hadisə › ,
Tarix: 21:40 01.12.2025

Ərzurumda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

Mərkəz Tortum Yolu küçəsi ilə 1-ci Siteler küçəsinin kəsişməsində dövlət nömrə nişanları və sürücülərinin adları hələ öyrənilməyən iki nəqliyyat vasitəsi toqquşub. Xəbərdarlıqdan sonra sağlamlıq vəpoliskomandalar göndərilib. Qəzada yaralanan 7 nəfər təcili yardımla ətrafdakı xəstəxanalara aparılıb.Yaralılardan birini müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu