Hillsborough polisi intizam işi ilə üzləşə bilər
Bölmə: Dünya ›
,
Tarix: 22:03 02.12.2025
Futbol oyununda Liverpool azarkeşləri “The 97 Never Forgotten” yazılı bayraq tutur.
"Hesabat, onilliklərdir həqiqətin üzə çıxması üçün mübarizə aparan ailələr və sağ qalanlar üçün bir təsdiq ola bilər – lakin bu, heç bir ədalət gətirmir",-deyə vəkil Nicola Brook bildirib.
Uzun zamandır gözlənilən hesabatda deyilir ki, Hillsborough faciəsi ilə bağlı bu günkü qanunlara əsasən, keçmiş polis əməkdaşlarından 12-si ağır intizam pozuntusu ittihamları ilə üzləşəcəkdi.
Keçmiş Cənubi Yorkşir Polisi (SYP) rəisi Peter Wright və Baş Superintendant David Duckenfield də daxil olmaqla bir neçə zabit 1989-cu ildə 97 Liverpool azarkeşinin stadion sıxlığında həlak olması ilə bağlı cavab verməli olacaqdı.
Müstəqil Polis Davranışları İdarəsinin (IOPC) hesabatı faciədən sonra azarkeşləri günahlandırmaq üçün “əsaslı uğursuzluqlar” və “koordinasiyalı səylər” olduğunu müəyyən edib.
Həyatını itirənlərin ailələri isə bildiriblər ki, onlar “heç vaxt ədalət əldə etməyəcəklər”, çünki həmin dövrün qanunlarına əsasən, bütün polis əməkdaşları 2012-ci ildə araşdırmalar başlamazdan əvvəl təqaüdə çıxdıqları üçün barələrində heç bir intizam tədbiri görülə bilməyəcək.
Mənbə: BBC NEWS
Ayisə Şərifova


