Türkiyə Pakistanda neft və təbii qaz kəşfiyyatı aparacaq
Bölmə: Dünya ›
,
Tarix: 22:09 02.12.2025
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Pakistan arasında Pakistanın dəniz və quru yataqlarında neft və qaz kəşfiyyatı və hasilatı üçün müqavilə imzalandığını açıqlayıb.
Enerji və Təbii Sərvətlər naziri Bayraktar Pakistanın Baş naziri Şahbaz Şərif ilə Baş nazirlik iqamətgahında görüşüb. Bayraktar Pakistanın neft naziri Əli Pervaiz Malik və Pakistanın energetika və elektrik naziri Sərdar Awais Əhməd Xan Leqari ilə də görüşlər keçirib. Görüşün ardından Türkiyənin milli şirkəti olan Türk Neft Şirkəti (TPAO) ilə Pakistanın neft şirkətləri Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL arasında Pakistanda üç dəniz və iki quru yataqda karbohidrogen kəşfiyyatı və hasilatı müqavilələri imzalanıb.
TRT XƏBƏR
Arzu Poladova


