Burdurda mərmər fabrikində yanğın söndürülüb

Bölmə: Hadisə › ,
Tarix: 23:41 02.12.2025

Burdurun Bucak rayonundakı Mütəşəkkil Sənaye Bölgəsində yerləşən mərmər fabrikində naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və polis əməkdaşları cəlb olunub.

 

Fövqəladə Hallar xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb və tam söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

 

TRT Haber

Aişə Mustafayeva