Şəkiyə mediatur davam edir

Bölmə: MEDİA › ,
Tarix: 11:11 03.12.2025

"İnformator.az" xəbər verir ki, mediatur çərçivəsində dekabrın 3-də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Xan sarayı barədə ətraflı məlumat verilib. 

 

Bildirilib ki, DTA tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür. Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.