Ceyhun Bayramov Avstriyaya gedib

Bölmə: Siyasət › ,
Tarix: 12:12 03.12.2025

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

 

Bu barədə "İnformator.az" a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.